AZ

“Arsenal” “Sportinq”lə oyuna itkilərlə çıxacaq

Bakı, 7 aprel, AZƏRTAC

İngiltərənin “Arsenal” komandası UEFA Çempionlar Liqasında 1/4 final mərhələsində Portuqaliyada “Sportinq”lə keçirəcəyi ilk oyuna itkilərlə çıxacaq.

AZƏRTAC xəbər verir ki, müdafiəçi Yurriyen Timber və hücumçu Bukayo Saka bu görüşdə zədə səbəbindən komandasına kömək edə bilməyəcəklər. Bu baradə London təmsilçisinin baş məşqçisi Mikel Arteta açıqlama verib verib. O, Qabriel Jezus, Deklan Rays və Leandro Trossardın isə meydana çıxmağa hazır olduqlarını bildirib.

Qeyd edək ki, bu gün keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Seçilən
24
5
azertag.az

7Mənbələr