AZ

Mançester Siti Brentford un müdafiəçisini istəyir

sport24.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Mançester Siti" yay "transfer pəncərəsi" öncəsi "Brentford"un müdafiəçisi Mikael Kayode ilə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə İspaniyanın Sport.es" portalı məlumat yayıb.

"Şəhərlilər" bu mövsüm Premyer Liqanın ən yaxşı aut atıcısı kimi şöhrət qazanan 21 yaşlı Kayodenin inkişafından razıdır. Mənbənin sözlərinə görə, baş məşqçi Pep Qvardiola mövsümün sonunda klubdan ayrılsa belə, Kayode ilə müqavilə imzalamaq Mançester klubu üçün prioritet məsələdir.dir. Əgər ispaniyalı mütəxəssis qalsa, "Siti"nin oyunçunu transfer etmək şansı daha yüksək olacaq.

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda "Mançester Yunayted" və "Nyukasl"ın Kayode ilə müqavilə imzalamaq üçün hərəkətə keçdiyi barədə xəbərlər yayılıb. "Brentford" oyunçunun satış qiymətini 50 milyon funt sterlinq (57,5 milyon avro) müəyyənləşdirib. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
44
sport24.az

1Mənbələr