İranın Ali Lideri Müctəba Xamenei huşsuz vəziyyətdə müalicə alır...
Poliqon xəbər verir ki, The Times qəzeti bu barədə ABŞ və İsrail kəşfiyyatına istinadən yazır.
Qəzetin məlumatına görə, Xamenei Qum şəhərində müalicə alır. Onun vəziyyətinin ağır olduğu deyilir.
The Times qəzeti yazır ki, kəşfiyyat sənədinə görə, İranın Ali Lideri qərar qəbul etmək iqtidarında deyil.
Mart ayının sonunda Axios qəzeti ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və İsrail kəşfiyyat agentliyi Müctəba Xameneinin həqiqətən İranın lideri olduğuna dair təsdiq axtardıqlarını bildirib. Öldürülən Ayətullah Əli Xameneinin oğlunun hakimiyyət qabiliyyətinə dair şübhələr onun uzun müddət ictimaiyyətdən uzaq qalması səbəbindən yaranıb.
Tehran rəsmi olaraq yeni liderin 28 martda ABŞ və İsrailin ilkin hücumunda yaralandığını etiraf edib, lakin xəsarətin yüngül olduğunu israr edib. The Telegraph qəzeti iddia edib ki, kiçik Xamenei hücumdan bir müddət əvvəl bağçada gəzintiyə çıxdığı üçün ayətullahın iqamətgahına raket hücumundan sağ çıxıb.
Poliqon.info