İranın Küveytdə yerləşən Əli əl-Salam hava bazasına pilotsuz uçuş aparatı ilə həyata keçirdiyi hücum nəticəsində 20-yə yaxın ABŞ hərbçisi yaralanıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə CBS News məlumat yayıb.
ABŞ-ın iki rəsmisi nəşrə bildirib ki, İranın Küveytdəki Əli əl-Salam hava bazasına pilotsuz təyyarəsi hücumu nəticəsində 20-dək amerikalı yaralanıb.
Bununla yanaşı, ABŞ Mərkəzi Komandanlığının sözçüsü bildirib ki, İran ərazisində aparılan əməliyyatlar zamanı ümumilikdə 373 amerikalı hərbçi xəsarət alıb. Onlardan təxminən 330 nəfəri artıq xidmətə dönüb.
Məlumata əsasən, yaralı hərbçilərdən beşinin vəziyyəti ağır olaraq qalır.