AZ

Saleh Məmmədov 1 milyard mənimsəyib? - Zəngi açsa da, suallardan yayındı

Bir müddət öncə mediada Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin keçmiş sədri Saleh Məmmədovun 1 milyard manat dövlət vəsaitini talaması ilə bağlı iddialar yayılıb.


Manset.az Milli.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı mövqeyini dəqiqləşdirmək üçün keçmiş sədr Saleh Məmmədovla əlaqə saxlanılıb.

S.Məmmədov əvvəclə zəngi açıb salamlaşsa da, daha sonra suallardan yayınmaq üçün Saleh Məmmədov olmadığını və səhv zəng edildiyini bildirib.

Qeyd edək ki, S. Məmmədov 2026-cı il fevralın 6-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.  İdarə Heyətinin sədri vəzifəsinə isə Vüsal Nəsirli təyin edilib.



Seçilən
2
10
manset.az

10Mənbələr