AZ

Regionu qarışdırmağa çalışanların niyyətləri qursaqlarında qalacaq- ÖZƏL

"Gürcüstanın dövlət müstəqilliyi tarixən bizim üçün Azərbaycanın müstəqilliyi qədər əziz və qiymətli olub. Azərbaycan və gürcü xalqları mehriban qonşular, dost və qardaşlar kimi yaşayıblar. Tarixin ən çətin anlarında xaqlarımız və ölkələrimiz bir yerdə olub, bərabər hərəkət ediblər". "Olaylar" xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Musa Qasımlı deyib: "Azərbaycan və Gürcüstan bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini həm ikitərəfli, həm də çoxtərəfli əsasda birmənalı olaraq müdafiə edirlər. Ölkələrimizi ümumi maraqlar, dostluq və qardaşlıq birləşdirir. Azərbaycan Gürcüstan üçün Şərqə, Gürcüstan isə Azərbaycan üçün Qərbə açılan qapıdır. Neft-qaz, nəqliyyat-kommunikasiya xətləri Gürcüstan ərazisindən keçərək dünyaya çıxır.
        Cənab Prezidentimiz İlham Əliyevin Gürcüstana növbəti səfəri bu münasibətləri daha da möhkəmləndirdi. Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatında dövlət başçımızı Gürcüstanın əziz dostu adlandırdı və iki ölkə arasında münasibətlərin inkişafında şəxsi səylərini xüsusi qiymətləndirdi. 
      Bu səfər dövlət başçımızın bəyanatında dediyi kimi, iki qardaş ölkə arasındakı əlaqələrə yeni təkan verəcəkdir.  Münasibətləri möhkəmləndirmək üçün başlıca amil maddi təməllərdir, ticarətdir.     
       Cənubi Qafqazda sülh və əməkdaşlıq hamının faydasındadır, regionu yenidən qarışdırmağa çalışanların niyyətləri qursaqlarında qalacaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
11
olaylar.az

1Mənbələr