AZ

Səudiyyə Ərəbistanı İranın daha 11 hava hücumunu dəf etdi

Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri bu gün səhər ölkənin Şərq əyaləti üzərində İrandan atılan 11 ballistik raketi məhv edib.

Hafta.az yazır ki, Müdafiə Nazirliyinin sözçüsü general-mayor Turki əl-Maliki əvvəlcə dörd raketin ələ keçirildiyini, daha sonra eyni bölgə səmasında əlavə yeddi ballistik raketin məhv edildiyini bildirib.

Sözçü, vurulan raketlərın qalıqlarının enerji obyektlərinin yaxınlığında düşdüyünü qeyd edərək, hakimiyyət orqanlarının hazırda potensial zərəri qiymətləndirdiyini əlavə edib.

Səudiyyə Ərəbistanının Mülki Müdafiə Qüvvələri Şərq əyalətində səhər tezdən iki dəfə sakinləri potensial təhlükə barədə xəbərdar edib və daha sonra təhlükənin sovuşduğunu bildirib.

Hakimiyyət orqanları ictimaiyyəti rəsmi təlimatlara əməl etməyə, hadisə yerlərində toplaşmaqdan, foto və video çəkməkdən çəkinməyə və təhlükəli ərazilərdən uzaq durmağa çağırıb.

Seçilən
12
hafta.az

1Mənbələr