AZ

“Napoli” “Qarabağ”ın futbolçusundan İMTİNA ETDİ

"Napoli" "Qarabağ"ın futbolçusu ilə bağlı yekun qərarını verib.

Bizim.Media xəbər verir ki, Neapol təmsilçisi "köhlənlər"in dayaq yarımmüdafiəçisi Pedro Bikalyo ilə maraqlansa da, onun transferi üçün Azərbaycan klubuna rəsmi təklif göndərməməyi üstün tutub.

"Napoli" bu mövqeyə oyunçu axtarışlarını davam etdirəcək.

Qeyd edək ki, "Qarabağ"a bu yay qoşulan Bikalyo cari mövsüm bütün turnirlərdə 41 matça çıxaraq 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Onun "köhlənlər"lə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Bizim.Media

Seçilən
3
3
bizim.media

4Mənbələr