AZ

Kaxa Kaladze: Belə səfərlər dostluq münasibətlərinin dərinləşməsinə töhfə verir

Region ölkələri arasında dinc və dostluq münasibətlərinin dərinləşdirilməsinin alternativi yoxdur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Tbilisi şəhərinin meri Kaxa Kaladze Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfərini şərh edərkən söyləyib.

“Bu səfəri alqışlayıram. Yaxın Şərqdə baş verən çətin prosesləri nəzərə alsaq, sülhdən başqa alternativ yoxdur. Bizim Azərbaycanla dostluq münasibətlərimiz var. Ölkə rəhbərlərinin belə səfərləri dostluq münasibətlərinin dərinləşməsinə töhfə verir”, - deyə Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, Azərbaycan Prezidentindən fərqli olaraq Avropa siyasətçiləri Gürcüstanın Orta Dəhlizdəki əhəmiyyəti barədə bilərəkdən danışmırlar.

“Geosiyasi mövqeyimiz hər kəs üçün vacibdir. Buna görə də, Gürcüstanın bu dəhlizdə istifadəsi arzuolunandır. Bəzi Avropa siyasətçilərinin Gürcüstanın bu məsələdəki rolunu qeyd etməməsinin səbəbi siyasi qərardır. Son illərdə ölkəmizə qarşı şantaj, təhqir və təhdidlərin şahidi oluruq. Bu münasibət qəbuledilməzdir. Bilirik ki, bunun səbəbi ölkənin və gürcü xalqının iqtisadi inkişafına zərər verəcək addımlar atmamağımızdır və buna görə də onlar Gürcüstana qarşı aqressiv münasibət bəsləyirlər”, - deyə Kaxa Kaladze qeyd edib.

Seçilən
10
2
yeniazerbaycan.com

3Mənbələr