ain.az bildirir, Azpolitika.az portalına istinadən.
Milliyyətçi Hərəkat Partiyasının rəhbəri Dövlət Baxçalı TBMM-də keçirilən qrup iclasında çıxış edərək mühüm açıqlamalar verib.
Dövlət Baxçalı ABŞ və İsrailin İrana qarşı hücumlarına toxunaraq bildirib:“Tramp və Netanyahu razılıq yaratmağı bir kənara qoyaraq, zor gücünə əsaslanan hegemoniyanın davamlı olmadığını nəzərə almadan, tarixdən kənar bir mövqe ilə düzəldilməsi çətin olan böyük səhvə yol veriblər”.
O əlavə edib ki, bu səhvlərində israr etmələri ibretlik bir vəziyyətdir.
İrandakı vəziyyətlə bağlı isə Dövlət Baxçalı vurğulayıb:“İrana qarşı hücumlar hər keçən gün həm insan itkilərini artırır, həm də infrastrukturun dağıdılmasını dərinləşdirir. İran ABŞ və İsrailin dağıdıcı gücü ilə çıxılmaz vəziyyətə salınmaq istənilir”.
Daxili siyasətə də toxunan Dövlət Baxçalı müxalifəti tənqid edərək deyib:“Müxalifət siyasət yerinə söz istehsal edir, problemlərin həllinə töhfə vermək əvəzinə, sadə və maraq yönümlü mövqe tutur”.
Çıxışının sonunda Dövlət Baxçalı qeyd edib ki, bu çətin dövrdə əsas məsələ təkcə problemləri sadalamaq deyil, həll yolları tapmaq və məsuliyyət götürməkdir.
"AzPolitika.info"
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.