AZ

958 ev tam uçub

Afqanıstanda güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində həyatını itirənlərin sayı 110-a yüksəlib. Ümumi yaralı sayı isə 160 olaraq qeydə alınıb.

"Cebheinfo.az" xəbər verir ki, məlumatı Əfqanıstan Milli Fəlakətlərin İdarə Edilməsi Qurumu açıqlayıb. 958 ev tamamilə dağılıb, 4 min 155 ev isə qismən zərər görüb.

Rəsmilər bildiriblər ki, ölkədə artıq 12 gündür davam edən yağışlar yaxın günlərdə də davam edəcək. Həmçinin iş yerləri, kənd təsərrüfatı sahələri, suvarma kanalları və içməli su quyularının da zərər gördüyü qeyd olunub.

Seçilən
13
cebheinfo.az

1Mənbələr