AZ

NATO ölkəsindən Trampın vida mesajına REAKSİYA

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

“ABŞ Prezidenti Donald Tramp NATO-dan çıxa bilməyəcək”.

Globalinfo.az xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Guido Crosetto “Corriere della Sera” qəzetinə müsahibəsində deyib.

“O, bunu edə bilməz. Trampın Konqresdə səsverməyə ehtiyacı olacaq və düşünmürəm ki, üzvlər bunun lehinə səs verəcəklər. Lakin Tramp qoşunları Avropadan çıxarmaq qərarına gələ bilər. Bu isə bizi zəiflədəcək. Hazırda ABŞ qoşunlarını əvəz etmək iqtidarında deyilik”, – deyə o, ABŞ-ın blokdan çıxması ilə bağlı suala cavab verərkən bildirib.

ABŞ Prezidentinin İranla müharibə məsələsində dayandırılıb-dayandırılmayacağı barədə danışarkən nazir, Trampın suveren dövlətin lideri olduğunu və kənardan heç kimin ona təsir edə bilməyəcəyini vurğulayıb.

Qeyd edək ki, aprelin 6-da  Ağ Evdə keçirilən mətbuat konfransında ABŞ Prezidenti Donald Tramp NATO ilə vidalaşdığını deyib. Onun sözlərinə görə, bu, NATO ölkələrinin ABŞ-ın Qrenlandiyaya nəzarət etmək istəyinə reaksiyası səbəbindən baş verib.

Əliyar Xəlil

Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
globalinfo.az

1Mənbələr