AZ

Zəngilan şəhərinin I yaşayış mərhələsi üzrə işlər tamamlanıb

Zəngilan şəhərinin I yaşayış mərhələsi üzrə aparılan tikinti və abadlıq işləri başa çatdırılıb.

Far.Az xəbər verir ki, bu barədə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva "Dost TV"nin canlı yayımında məlumat verib.

Onun sözlərinə görə, mərhələ üzrə nəzərdə tutulan işlər artıq tamamlanıb və yaxın vaxtlarda təhvil verilməsi planlaşdırılır.

Qeyd edək ki, 2025-ci ilin noyabrında Zəngilan şəhərinə köçlə bağlı ilk püşkatma mərhələsi həyata keçirilib.

Seçilən
5
far.az

1Mənbələr