AZ

Pezeşkian: “İran üçün canımı verməyə hazıram”

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, lazım gələrsə, ölkəsi uğrunda canını verməyə hazırdır.

Bizim.Media xəbər verir ki, bu bəyanat onun X hesabında yayımlanan paylaşımında yer alıb.

Pezeşkian yazıb: 

“Bu ana qədər 14 milyondan çox qeyrətli iranlı İranın müdafiəsi üçün canını fəda etməyə hazır olduğunu bəyan edib. Mən də İran üçün canından keçən olmuşam, varam və olacağam.”

Bu sitat AP və digər media tərəfindən də yayılıb.

Pezeşkianın sözlərinə görə, 14 milyondan çox insanın bu kampaniyaya qoşulması İran cəmiyyətində səfərbərlik əhvalını göstərir.

AP yazır ki, Tehran bu çağırışları ABŞ və İsrailin artan təzyiqi fonunda, xüsusən enerji infrastrukturu ətrafında “insan zənciri” təşəbbüsləri ilə birlikdə önə çıxarır.

Bu bəyanat ABŞ prezidenti Donald Trampın İrana ultimatum verdiyi və Hörmüz boğazı ilə bağlı gərginliyin daha da artdığı bir vaxta təsadüf edir. Pezeşkianın paylaşımı həm daxili səfərbərlik mesajı, həm də xarici təzyiqlərə siyasi cavab kimi qiymətləndirilir.

Bizim.Media

Seçilən
13
2
bizim.media

3Mənbələr