"Brentford"un müdafiəçisi Mikael Kayode karyerasını İngiltərə nəhəngində davam etdirməyə yaxındır.
Fanat.Az İspaniyanın "Sport" nəşrinə xəbər verir ki, 21 yaşlı futbolçunun xidmətində "Mançester Siti" maraqlıdır.
Məlumata görə, Mançester təmsilçisi aut atışlarını xüsusi şəkildə yerinə yetirməsi ilə seçilən Kayodeni bu yay heyətə qatmaqda israrlıdır. Mənbə sözügedən oyunçunun hətta baş məşqçi Xosep Qvardiola komandanı tərk edəcəyi halda belə, MS-in sıralarına cəlb olunacağını vurğulayıb. "Brentford"un bu satışdan 50 milyon funt sterlinq (57,5 milyon avro) qazanmağı hədəflədiyi diqqətə çatdırılıb.
"Transfermarkt" portalı Mikaelin transfer qiymətini 27 milyon avro ilə dəyərləndirir.
Toğrul