AZ

Xameneyiyə görə bağsağlığı vermədi: Dostluq pozuldu

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Şimali Koreyanın İranla münasibətləri soyuqlaşa bilər. 

“Cebheinfo.az” “Koreya mediasına istinadən xəbər verir ki, Pxenyan Tehrandan uzaqlaşmaq  niyyətindədir. 

Cənubi Koreya kəşfiyyatının məlumatına görə, Şimali Koreyanın rəhbərliyi Yaxın Şərqdəki son proseslər fonunda ənənəvi olaraq dostluq münasibətləri saxladığı İrandan uzaqlaşmağı nəzərdən keçirir.  

Cənubi Koreya Milli Assambleyasının deputatı Park Sonq-von Milli Kəşfiyyat Xidməti (NIS) tərəfindən təşkil edilən parlament brifinqində bildirib ki, Pxenyan İrana hər hansı silahın və ya silahların tədarükünə yönələn xammalın tədarükünü dayandırıb. 

Onun sözlərinə görə, Pxenyan İranla müəyyən məsafə saxlamağa çalışdığına dair məlumatlar var. 

Koreyalı deputat kəşfiyyat xidmətinin məlumatına istinadən qeyd edib ki, KXDR-nin rəhbəri Kim Çin İr İranın sabiq ali lideri Ayətullah Əli Xameneyinin ölümü ilə bağlı başsağlığı verməyib və Muctəba Xameneyini lider təyin olunması münasibətilə təbrik etməyib.

Sonq-von əlavə edib ki, Pxenyanın bu davranışı Donald Tramp və Si Cinpin arasında may ayında gözlənilən sammitdən əvvəl "yeni diplomatik jest kimi ola bilər. 

Digər koreyalı deputat Li Sonq-kvon  bəyan edib ki, Şimali Koreya ABŞ-Çin sammitindən əvvəl  Trampı birbaşa tənqid etməkdən çəkinir.

Koreya mediası, həmçinin məlumat verib ki, Şimali Koreya Yaxın Şərqdəki münaqişə nəticəsində ciddi iqtisadi çətinliklərlə üzləşib, o cümlədən  ölkədə sənaye təchizatı, qiymətlərin bahalaşması və valyutanın kəskin dəyişməsi ilə bağlı problemlər var. 

Yunis Abdullayev 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
1
cebheinfo.az

2Mənbələr