ain.az, Gununsesi portalına istinadən məlumat verir.
“Allahın yolu düz insan olmaq, düzgün yaşamaqdır. İslam heç də geyimlə, saçla məşğul olacaq qədər zəif din deyil”.
Gununsesi.info bildirir ki, bu fikirləri ilahiyyatçı Tural İrfan deyib:
“Bir hicab bəhanəsi ilə qız uşaqlarını təhsildən yayındırırlar. Sovet dövründə nə hicab, nə də bürünmək var idi. Məgər insanlar pozğun olurdu? Məgər insanlar əxlaqsız idi? Məgər onlar məktəbə gedib oxumurdularmı?
Sanki qadın mütləq bürünməlidir. Bürünməyənlərin hamısı guya dinə qarşıdır və ya dini qaydalara əməl etmir.
Qətiyyən belə deyil. İslam əsas olaraq əmələ, niyyətə və mahiyyətə önəm verir. Geyim isə burada daha çox mədəni dəyər kimi əhəmiyyət daşıyır”.
Firuzə
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.