AZ

TƏCİLİ: Rusiya “Oreşnik”lə zərbəyə HAZIRLAŞIR: 3 şəhər VURULACAQ

Ukraynanın hərbi-analitik kanalları və monitorinq xidmətləri ölkə ərazisində təhlükə səviyyəsinin kəskin artdığını bəyan edib.

Musavat.com xəbər verir ki, əldə olunan məlumatlara görə, Rusiya "Oreşnik" orta mənzilli ballistik raket kompleksi vasitəsilə Ukrayna ərazisinə zərbə endirmək üçün hazırlıqları tamamlayıb.

Rusiyanın "Kapustin Yar" poliqonunda yüksək aktivlik müşahidə olunur.

Bildirilir ki, sözügedən kompleksə aid iki raket artıq tam döyüş vəziyyətinə gətirilib və start üçün əmr gözləyir.

Analitiklər zərbənin növbəti kütləvi raket hücumu zamanı və ya dərhal sonra baş verə biləcəyini ehtimal edirlər.

Məlumata görə, Rusiya ordusu üçün əsas hədəflər strateji mərkəzlər və logistik qovşaqlardır.

Hazırda Kiyev, Lvov və Starokonstantinov şəhərlərinin xüsusi təhlükə altında olduğu qeyd edilir.

Bu tip ballistik raketlər hədsiz yüksək sürətə malikdir ki, bu da həyəcan siqnalından sonra sığınacaqlara getmək üçün vaxtı minimuma endirir.

Musavat.com

Seçilən
3
1
musavat.com

2Mənbələr