AZ

Tovuzda yol nəqliyyat hadisəsi olub, xəsarət alan var VİDEO

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Tovuz, 7 aprel, AZƏRTAC

Tovuz rayonunda 1 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonunun Dondar Quşçu kəndinin ərazisində qeydə alınıb.

İlkin məlumata görə, “VAZ 2107” markalı avtomobil “KİA”ya çırpılıb. Nəticədə “VAZ 2107”nin sürücüsü, rayonun Aşağı Quşçu kənd sakini, 44 yaşlı Mobil İsgəndərov xəsarət alıb. O, Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Müxbir - Ruslan Novruzoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
2
azertag.az

3Mənbələr