AZ

Yeni nəqliyyat layihələri və metro xətləri tikilən ərazilərdəki daşınmaz əmlak qiymətləri necə dəyişir?

Bakı, 7 aprel, AZƏRTAC

Paytaxtda yeni metrostansiyaların və tramvay xətlərinin istifadəyə verilməsi gözlənilir ki, bu da Bakıətrafı ərazilərdə infrastrukturun inkişafına və həmin zonalara tələbatın artmasına səbəb olacaq.

Bu barədə AZƏRTAC-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib.

Onun sözlərinə görə, Bakıətrafı ərazilərdə yeni metro və tramvay xətlərinin çəkilməsi həmin bölgələrdə yaşayan insanların tıxac probleminin azalmasına və istənilən istiqamətə daha qısa müddətdə çatmasına imkan yaradacaq: “Bu səbəbdən həmin ərazilərə olan marağın və tələbatın əhəmiyyətli dərəcədə artması gözlənilir”.

Ekspert qeyd edib ki, artıq metro və tramvay xətlərinin çəkiləcəyi ərazilər ictimaiyyətə açıqlanıb və bu da həmin zonalarda yerləşən daşınmaz əmlaka olan tələbatın indidən artmasına səbəb olub.

 

Seçilən
13
1
azertag.az

2Mənbələr