AZ

Fransada sürətli qatar hərbi yük maşını ilə toqquşub: 27 yaralı

Fransanın Ot-de-Frans bölgəsində, Betun və Lens şəhərləri arasında yüksək sürətli TGV qatarı hərbi yük maşını ilə toqquşub. 

Bakıvaxtı.az "Le Figaro" qəzetinə istinadən xəbər verir ki, qəza nəticəsində qatarın sürücüsü həlak olub. 

Prefektura sözçüsünün sözlərinə görə, daha 27 nəfər yaralanıb.

Fransa Milli Dəmir Yolları İdarəsinin məlumatına görə, qəza bölgəsində qatar xidməti dayandırılıb. 

Fransanın nəqliyyat naziri Filipp Tabaro hadisə yerinə gedib. 

Gülşən Şərif

Seçilən
25
1
bakivaxti.az

2Mənbələr