İstanbulda İsrail Konsulluğuna hücum olub.
Türkiyə mediasının xəbərinə görə, hücum nəticəsində bir polis əməkdaşı yaralanıb.
Leventdə yerləşən İsrail konsulluğunun yaxınlığında atəş səsləri eşidilir.
Hadisə yerinə çoxsaylı briqadalar göndərilib.
Konsulluğun təxminən bir ildir bağlı olduğu deyilir.