Türkiyədə FETÖ-nün 2012-ci il dövlət imtahanlarındakı qanunsuzluqları aşkar edilib.
İnterpress.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Türkiyə prokurorluğu 2012-ci ildə keçirilən dövlət qulluğu (KPSS) və hakim/prokurorluq imtahanları zamanı ciddi qanunsuzluqların baş verdiyini açıqlayıb.
İstintaq müəyyən edib ki, şübhəli şəxslər “ByLock” messencerindən istifadə edərək imtahan suallarına qeyri-qanuni yollarla əvvəlcədən əldə edib və onları öz tərəfdarları arasında paylayıblar.
İstintaq çərçivəsində 16 nəfər barəsində həbs qərarı çıxarılıb. Onların arasında həm mülki şəxslər, həm də dövlət qurumlarından əvvəllər kənarlaşdırılmış keçmiş əməkdaşlar var.
Həmin şəxslər FETÖ terror təşkilatı ilə əlaqədə şübhəli bilinirlər. Hazırda Ankara mərkəz olmaqla Türkiyənin 12 əyalətində genişmiqyaslı əməliyyatlar davam etdirilir.
Xuraman Etibarlı
İnterpress.az