AZ

Çin Yaxın Şərqdə müharibənin sona çatmasında konstruktiv rol oynamağa hazırdır

Çin ümid edir ki, İrana qarşı münaqişədə iştirak edən tərəflər sülhə nail olmaq və fikir ayrılıqlarını dialoq yolu ilə həll etmək fürsətindən istifadə edəcəklər.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı "France 24" yayıb.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq brifinqdə bildirib ki, Çin sülhün təşviqi üçün bütün səyləri alqışlayır və Pakistanın aktiv vasitəçilik səylərini dəstəkləyir.

O əlavə edib ki, atəşkəsə nail olmaq və dialoqu mümkün qədər tez bərpa etmək bütün beynəlxalq ictimaiyyətin ortaq arzusudur və Çin konstruktiv rol oynamağa hazırdır.

Aminə ŞAHSUVARQIZI

Seçilən
12
redaktor.az

1Mənbələr