AZ

Rusiyanın Soyuz 5 raketi kosmosa göndəriləcək

ain.az, Newscenter.az portalına istinadən məlumat yayır.

Rusiyanın "Soyuz-5" raketi Baykonur kosmodromunda şaquli vəziyyətə gətirilib.Newscenter.az TASS-a istinadən bildirir ki, raket tezliklə kosmosa buraxıla bilər. Məlumatı "Roskosmos"un rəhbəri Dmitri Bakanov da təsdiqləyib."2025-ci ildə Soyuz-5 raketinin hazırlanmasını başa çatdırdıq. Bütün lazımi sınaqları apardıq. O, hazırda Baykonur Kosmodromunda şaquli vəziyyətdədir. Düşünürəm ki, çox yaxın gələcəkdə bu işi necə həyata keçirəcəyimiz barədə xəbərlər eşidəcəksiniz", - deyə o, bildirib.Qeyd edək ki, Rusiya "Soyuz-5" raketini hələ keçən il kosmosa göndərməyi planlaşıdırmışdı.Anar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
1
newscenter.az

2Mənbələr