AZ

XİN BƏƏ səfirliyinə edilən hücumu qınayıb

Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Xarici İşlər Nazirliyi BƏƏ-nin Suriyada yerləşən səfirliyinin bir qrup etirazçı tərəfindən hücuma məruz qalmasını pisləyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib. 

“Diplomatik nümayəndəliklərə qarşı bu cür zorakılıq aktları qəbuledilməzdir və diplomatik heyətin, binaların təhlükəsizliyini və qorunmasını təmin edən Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası da daxil olmaqla, beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır”, - paylaşımda qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
qafqazinfo.az

1Mənbələr