AZ

SON DƏQİQƏ! İstanbulda İsrail konsulluğuna HÜCUM EDİLDİ – Ölən var/FOTO

İstanbulda İsrail konsulluğunun da yerləşdiyi binanın qarşısında atəş səsləri eşidilib, əraziyə çox sayda hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub.

NOCOMMENT.az xəbər verir ki, Türkiyə mediasına istinadən verilən məlumata görə, hadisə yerində geniş təhlükəsizlik tədbirləri görülüb.

Qeyd edilib ki, konsulluğunun qarşısında atışmada 3 nəfər zərərsizləşdirilib.

NTV-nin xəbərinə görə, bir nəfər ölüb, bir nəfər isə yaralıdır.

Hazırda polislər tərəfindən ərazidə araşdırma aparılır və atəşin hansı səbəbdən açıldığı müəyyənləşdirilir. Hadisənin baş verdiyi binanın ətrafı tamamilə mühasirəyə alınıb.

Seçilən
6
3
editor.az

10Mənbələr