AZ

İran yapon jurnalisti azad etdi

İran hakimiyyəti yanvar ayında saxlanılan Yaponiyanın ictimai yayımçısı NHK-nın Tehran bürosunun rəhbərini azad edib.

Publika.az xəbər verir ki, bu barədə “Kyodo” xəbər agentliyi hökumət mənbələrinə istinadən məlumat yayıb.

Jurnalist iki ölkənin xarici işlər nazirləri arasında telefon danışığından sonra aprelin 6-da azadlığa buraxılıb, lakin o, hələlik İranı tərk edə bilmir, Tehranda qalır. Sağlamlığı yaxşıdır. O, ictimai asayişi pozmaq ittihamı ilə mühakimə olunmuşdu.

Yaponiya hökuməti İran hakimiyyətindən onun ölkəni tərk etməsinə icazə verməsini istəyib.

Seçilən
22
publika.az

1Mənbələr