AZ

Yanvar–mart aylarında dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib

Bakı. TurkicWorld:

2026-cı ilin yanvar-mart aylarında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 265 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.

TurkicWorld maliyyə nazirliyinə istinadən xəbər verir ki,cari ilin yanvar-mart ayları ərzində dövlət büdcəsinin gəlirləri 9 599,0 milyon manat təşkil edib ki, bu da proqnozu 458,9 milyon manat və ya 5.0 faiz üstələyib.

Yanvar-mart ayları ərzində dövlət büdcəsinin xərcləri 8 012,5 milyon manat proqnoza qarşı 7 817,1 milyon manat məbləğində icra edilib ki, bu da 97.6 faiz təşkil edir.

2026-cı ilin yanvar-mart ayları ərzində icmal büdcənin gəlirləri 8 852,6 milyon manat, xərcləri isə 9 043,6 milyon manat məbləğində icra edilib.

Seçilən
16
32
turkic.world

10Mənbələr