AZ

Azərbaycan və Gürcüstan Mərkəzi bankları təcrübə mübadiləsi aparıb

Azərbaycan və Gürcüstan Mərkəzi bankları arasında təcrübə mübadiləsi aparılıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB)  xəbər verir.

Məlumata görə, bu məqsədlə Gürcüstan Milli Bankının nümayəndə heyəti AMB-də işgüzar səfərdə olub.

Səfər çərçivəsində təşkil edilən görüşlərdə maliyyə sabitliyi funksiyaları üzrə fəaliyyətin həyata keçirilməsi, makroprudensial siyasət çərçivəsinin formalaşdırılması, ev təsərrüfatları, qeyri-maliyyə sektoru və daşınmaz əmlak bazarı üzrə maliyyə sabitliyinin qiymətləndirilməsinə dair hər iki ölkənin mərkəzi banklarının təcrübələri müzakirə olunub.

Görüşlər zamanı stres-test çərçivəsi, həmçinin fiziki və keçid riskləri üzrə iqlim stres-testlərinin təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
12
6
banco.az

10Mənbələr