AZ

Binadan yıxılan qız ADPU-nun tələbəsi imiş - Foto

Abşeron rayonu Xırdalan şəhərində faciəvi şəkildə həyatını itirən 19 yaşlı Esmira İsayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi olub.

Bizim.Media xəbər verir ki, bu barədə ADPU-nun “facebook” səhifəsində məlumat verilib.

Belə ki, dünən səhər yaşadığı “AAAF Park” yaşayış sahəsindəki 12 mərtəbəli binanın 7-ci mərtəbəsindən yıxılaraq ölən qız Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsində təhsil alırmış.

O, fizika müəllimliyi ixtisasının I kurs tələbəsi olub.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, dünən saat 10 radələrində 2007-ci il təvəllüdlü Esmira İsayeva yaşadığı “AAAF Park” yaşayış sahəsindəki 12 mərtəbəli binanın 7-ci mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb.

O, hadisə yerində dünyasını dəyişib.


Bizim.Media

Seçilən
31
9
bizim.media

10Mənbələr