“Bu gün Nəsimi Rayon Məhkəməsində “Liv Bona Dea Hospital”ının mənə qarşı qaldırdığı iddia üzrə məhkəmə iclası keçirildi. Lakin iclas zamanı müəyyən oldu ki, Bona Dea şirkəti onun məşhur “Liv Hospital” şəbəkəsinə aid olduğunu təsdiq edəcək heç bir sənədi məhkəməyə təqdim etməyib”.
Bizim.Media xəbər verir ki, bu barədə “Əli və Nino” kitab mağazaları şəbəkəsinin və Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli feysbukda payalşım edib.
O bildirib ki, növbəti məhkəmə iclası mayın 5-i olacaq:
“Mən əməliyyat üçün xəstəxana seçərkən məhz “Liv” adına güvənərək oraya müraciət etmişdim. Xatırladım ki, “Liv Hospital” yüksək beynəlxalq standartlarla işləyən klinika şəbəkəsidir. Mən bilsəydim ki, Bona Dea “Liv Hospital”ın filialı deyil, heç zaman onlara müraciət etməzdim. Növbəti iclas mayın 5-də olacaq”.
Xatırladaq ki, N.Köçərli bir müddət öncə sosial media hesabında paylaşım edərək “Liv Bona Dea” xəstəxanasından şikayət etmişdi.
O, adı çəkilən xəstəxanada pis rəftarla üzləşdiyini demişdi. Xəstəxana iddiaları qəbul etməyib.
Məsələ ilə bağlı LIV Bona Dea Hospital xəstəxanası Nigar Köçərlinin şikayəti ilə bağlı Nəsimi Rayon Məhkəməsində iddia qaldırıb.

Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta