AZ

Azərbaycanda avaralıq və dilənçiliklə məşğul olanların sayı 50%-dən çox artıb

Azərbaycanda 2025-ci ildə müxtəlif qanun pozuntularına görə polis orqanlarına və xüsusi mərkəzlərə gətirilən azyaşlıların sayı 7 289 nəfər təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 1 523 nəfər və ya 26% çoxdur. Bu barədə Nazirlər Kabinetinin 2025-ci il hesabatında qeyd olunub. 

Hesabatda qeyd olunub ki, avaralıq və dilənçiliklə məşğul olan azyaşlıların sayı da artaraq 616 nəfərdən 936 nəfərə yüksəlib. (51.9% artım qeydə alınıb).

Hesabat dövründə profilaktik tədbirlər genişləndirilib.

Belə ki, 2025-ci ildə 583 azyaşlı polis qeydiyyatına götürülüb (2024-ci il bu rəqəm 366 olub), 510 material isə yerli komissiyalara göndərilib (2024 ci il  490 olub).

Uşaqlarını nəzarətsiz qoyan və onları dilənçiliyə cəlb edən 511 valideyn barəsində inzibati protokol tərtib olunub. 2024-cü ildə belə valideynlərin sayı 354 nəfər olub. 

Eyni zamanda 32 nəfər profilaktik nəzarətə götürülüb.

Gülnar Nazimqızı 

Seçilən
21
1
anews.az

2Mənbələr