AZ

İstanbulda İsrail baş konsulluğunun yaxınlığında atışma: bəzi təfərrüatlar məlum olub - YENİLƏNİB-1 - VİDEO

Türkiyədə İsrailin İstanbuldakı Baş Konsolluğu qarşısında baş vermiş qanlı silahlı toqquşmanın bəzi təfərrüatları məlum olub.

Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

NTV telekanalının məlumatına görə, atışma 10 dəqiqə çəkib və şübhəlilər əraziyə taktiki- kamuflyaj geyimdə avtomat silahlarla daxil olublar.

İstanbul valisi Davut Gül isə insidentlə bağlı bildirib ki, şəxsiyyətin müəyyənləşdirilməsi üzrə işlər davam edir. Bu, təxribat xarakterli hərəkət kimi təəssürat yaradır.

"Ərazidə iş yerləri var, arxa tərəfdə konsulluq yerləşir və təxminən 2,5 ildir fəaliyyəti yoxdur. Heç bir diplomatik əməkdaş mövcud deyil. "Yapı Kredi" qarşısında baş verən hadisəni araşdırırıq. Bir hücumçu zərərsizləşdirilib. İki hücumçu yaralı vəziyyətdə ələ keçirilib",- o bildirib.

xxx

14:21

Türkiyənin Ədliyyə naziri Akın Gürlek, İstanbulda İsrail Konsulluğu ətrafında baş verən atışma ilə bağlı Respublika Baş Prokurorluğu tərəfindən istintaqın başladıldığını bildirib.

Trend bu barədə xəbər verir ki, bu barədə Türkiyənin Ədliyyə naziri "X" hesabında yazıb.

“İstanbulun Beşiktaş rayonunda yerləşən İsrail Konsulluğu ətrafında baş verən silah səsləri ilə bağlı daxil olan məlumatlara əsasən, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən dərhal istintaq başlanılıb.

İstintaq çərçivəsində bir baş prokuror müavini və iki prokuror təyin edilmiş; prokurorlarımız təcili şəkildə hadisə yerinə gələrək araşdırmalara başlanıb.

Hadisənin bütün tərəfləri ilə aydınlaşdırılması məqsədilə Respublika Baş Prokurorluğunun koordinasiyası ilə aidiyyəti hüquq-mühafizə orqanları ilə birgə işlər davam etdirilir və istintaq diqqətlə və çoxşaxəli şəkildə aparılır”,- məlumatda qeyd olunur.

xxx

14:06

Türkiyədə İsrailin İstanbul şəhərliyində yerləşən baş konsulluğunun yaxınlığında silahlı insident baş verib.

Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Məlumata görə, hadisə yerinə çoxsaylı polis qüvvələri cəlb olunub, ərazidə gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb. Hadisəyə polis əməkdaşları müdaxilə edib.

Qeyd edilir ki, 2 polis yaralanıb, zərərsizləşdirilən 3 şübhəlidən 2-si ölüb, 1-nin isə vəziyyəti ağırdır.

Hadisənin təfərrüatları barədə hələ ki, məlumat verilmir.

Seçilən
12
qaziler.az

1Mənbələr