AZ

“İcbari tibbi sığorta Fondun nəzdinə verilməsi sosial yönümlü yanaşmanı gücləndirə bilər”

Azərbaycan hökuməti icbari tibbi sığorta sistemini Dövlət Sosial Müdafiə Fondunun nəzdinə verməyi nəzərdən keçirir. Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İntegrasiyasına Dəstək İctimai Birliyinin sədri Səbinə Kərimova QHT.az-a açıqlamasında  bildirib ki, bu addım sosial və səhiyyə siyasətlərinin inteqrasiyasını gücləndirə və xidmətlərin daha ünvanlı göstərilməsinə imkan verə bilər.

O qeyd edib ki, xüsusilə əlilliyi olan şəxslərin tibbi xidmətlərə çıxışı, reabilitasiya və uzunmüddətli müalicə imkanları artırıla bilər. Eyni zamanda, idarəetmədə həddindən artıq mərkəzləşmə və qərarvermə prosesində gecikmələr potensial risk kimi qalır.

Kərimova vurğulayıb ki, struktur dəyişikliyi həyata keçirilərsə, vətəndaş cəmiyyəti institutlarının və əlilliyi olan şəxsləri təmsil edən təşkilatların rəyləri nəzərə alınmalı, insan mərkəzli və şəffaf idarəetmə mexanizmləri qurulmalıdır.

Zəhra Ağayeva

Seçilən
28
qht.az

1Mənbələr