AZ

ABŞ-da uşaqlar oynayarkən insan qalıqları tapıblar

ABŞ-ın Cənubi Karolina ştatında bir çayın yaxınlığında təxminən 50 insan sümüyü tapılıb.

Herbiand.az bildirir ki, bu barədə Fox Carolina nəşri yazıb.

Məlumata görə, Anderson dairəsinin polisləri bir qadının zəngindən sonra Houmlend-parkdakı çaya gəliblər. Qadın uşaqlarının oynayarkən kəllə tapdığını bildirib.

Hadisə yerinə gələn müayinə eksperti kəllənin insana məxsus olduğunu təsdiqləyib. Müstəntiqlər ətraf ərazini araşdırıb və çoxsaylı başqa sümüklər aşkar ediblər. Məlum olub ki, uşaqlar onları artıq görüblər, lakin maral qalıqları ilə səhv salıblar.

Müayinə ekspertinin sözlərinə görə, qalıqlar elə görünür ki, sanki təxminən 10 yaşı var. Güman edilir ki, onlar bir insana məxsusdur. Hələlik, məhkəmə ekspertləri ölümün zorakılıqla olub-olmadığını müəyyən edə bilməyiblər.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
9
herbiand.az

1Mənbələr