İnsan əhalisi Yer kürəsinin hazırkı resurs istehlakında davamlı olaraq təmin edə biləcəyi səviyyəni aşıb. Bu, iki əsri əhatə edən məlumatları təhlil edən tədqiqatçıların gəldiyi nəticədir.
Herbiand.az xəbər verir ki, bu barədə məlumatı Environmental Research Letters (Ətraf Mühitin Tədqiqat Mərkəzi) yayıb.
Alimlər hesab edirlər ki, mövcud şəraitdə optimal əhali sayı təxminən 2,5 milyard nəfərdir. Lakin Yer kürəsinin əhalisi artıq 8 milyardı keçib.
Tədqiqatda qeyd olunur ki, əhalinin sürətli artımı qazıntı yanacaqları sayəsində mümkün olub. Onlar müvəqqəti olaraq resurs mövcudluğunu artırıb və yüksək istehlaka imkan verib. Lakin bu təsir davamlı deyil: bu cür yanacaqlardan asılılıq iqlim dəyişikliyi də daxil olmaqla ekoloji problemləri daha da ağırlaşdırır.
Alimlər hesab edirlər ki, əhali artımı yaxın onilliklərdə yavaşlayacaq, lakin tamamilə dayanmayacaq. Pik 21-ci əsrin ikinci yarısında 11-12 milyard nəfərə çata bilər.
Onlar belə bir nəticəyə gəlirlər ki, enerji, su, torpaq və qidadan istifadəmizdə əsaslı dəyişikliklər olmasa, təbiətə təzyiq artacaq və bu da qlobal qeyri-sabitliyə səbəb olacaq.