AZ

Daha strateji yanaşma idxaldan asılılığın minimuma endirilməsi və yerli istehsalın artırılmasıdır Rəy

525.az saytına istinadən ain.az xəbər verir.

 "Praktiki olaraq biz neftin dünya bazarı qiymətlərinin yüksək olduğu dövrlərdə idxal inflyasiyasının daha da aktivləşməsini və ölkəyə idxal olunan məhsulların qiymətlərində artımların baş verməsini müşahidə edirik. Bu baxımdan, təbii ki, neftin yüksək qiymətlərinin Azərbaycan bazarına təsirlərinin minimallaşdırılması üçün vacib məqamlardan biri qısa müddətli dövrdə bu təsirlərin azaldılması ilə bağlı addımların atılmasıdır. Belə ki, əvvəlki dövrlərdə olduğu kimi və beynəlxalq praktikada tətbiq olunan təcrübəyə əsasən, əsas istehlak məhsulları üzrə idxalda əlavə dəyər vergisi üzrə müvəqqəti güzəştlərin verilməsi məqsədəuyğun olardı. Nəticə etibarilə, bu, idxal olunan, xüsusilə də daha çox idxal edilən ərzaq məhsullarının xərclərinin və qiymət artımının qarşısını almağa kömək edərdi”.

Bunu 525.az-a iqtisadçı millət vəkili Vüqar Bayramov deyib. Millət vəkilinin sözlərinə görə, vergi güzəştlərinin tətbiq edilməsi həmin məhsullar üzrə xərclərin azalmasına, nəticədə isə qiymət artımlarının qarşısının alınmasına və qiymətlərin optimallaşdırılmasına imkan yaradır:

“Təbii ki, daha strateji yanaşma idxaldan asılılığın minimuma endirilməsi və yerli istehsalın artırılmasıdır. Amma qısa müddətli dövrdə qiymət artımlarının qarşısının alınması və idxal inflyasiyasının aktivləşməməsi üçün daha məqsədəuyğun addım məhz idxalda, xüsusilə də ərzaq məhsulları üzrə vergi güzəştlərinin tətbiq edilməsidir ki, bu da yüksək qiymətlərin Azərbaycan bazarına təsirlərini minimuma endirə bilər".

Sevinc Qarayeva 

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
28
525.az

1Mənbələr