AZ

Bu gün UEFA Çempionlar Liqasının 1/4 final matçları start götürür

UEFA Çempionlar Liqasının 1/4 final matçları bu gün start götürür.

Oxuməni.az-ın məlumatına görə, bu gün iki qarşılaşma baş tutacaq.

Günün mərkəzi oyununda Madrid "Real"ı və Münhen "Bavariya"sı üz-üzə gələcək. Digər görüşdə isə Lissabon "Sportinq"i London "Arsenal"ını qəbul edəcək.

Aprelin 8-də isə "Barselona" - "Atletiko" və "Paris Sen-Jermen" - "Liverpul" arasında iki oyunluq qarşılaşma baş tutacaq.

Bu gün hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

UEFA Çempionlar Liqası

1/4 final

7 aprel

"Real Madrid" (İspaniya) - "Bavariya" (Almaniya)

"Sportinq" (Portuqaliya) - "Arsenal" (İngiltərə)

Qeyd edək ki, dörddəbir finalın cavab oyunları 14-15 aprel, yarımfinal oyunları isə 28-29 aprel və 5-6 may tarixlərində keçiriləcək. Avropanın ən yaxşı futbol turnirinin finalı 30 mayda Budapeştdə keçiriləcək.

Almaz Həsənli

Seçilən
16
oxumeni.az

1Mənbələr