AZ

Fırıldaqçılar yaşlı qadının yarım milyon manatını oğurladı

Fırıldaqçılar 78 yaşlı Moskva sakininin pul vəsaitlərini qorumaq bəhanəsi ilə ondan 25 milyon rubl (təxminən 540 min manat) oğurlayıblar.

Publika.az “Mk.ru”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, fırıldaqçılar qadına mobil tətbiqə keçid göndəriblər və qadın bu keçidi açdıqdan sonra onlar hüquq-mühafizə orqanlarının adından zəng edərək ona pullarını nağdlaşdırmağı tövsiyə ediblər.

Təqaüdçü əvvəlcə bankdan 13 milyon, sonra isə 12 milyon rubl çıxarıb. Hər iki halda o, əvvəlcədən deyilmiş kod sözünü deyərək pulları bir kuryer qadına verib.

Seçilən
23
publika.az

1Mənbələr