AZ

Sürət qatarı hərbi maşınla TOQQUŞDU

Fransada yüksəksürətli qatar ilə hərbi yük avtomobilinin toqquşması nəticəsində maşinist həyatını itirib, 13 sərnişin yaralanıb. 

"Cebheinfo.az" xəbər verir ki, yerli mətbuatda yer alan xəbərlərə görə, qəza ölkənin şimalındakı Pa-de-Kale vilayətinə bağlı Betün və Lans şəhərləri arasında səhər saatlarında meydana gəlib. 

Pa-de-Kale Prokurorluğundan edilən açıqlamada Dunkerk stansiyasından Parisə hərəkət edən sürət qatarı ilə hərbi yük avtomobilinin toqquşduğu qəzada maşinistin öldüyü, qatarda səyahət edən sərnişinlərdən 2-si ağır olmaqla 13 nəfərin yaralandığı bildirilib. 

Qəzanın səbəbi ilə bağlı rəsmi açıqlama verilməsə də, hadisə ilə əlaqədar təhqiqat başladılıb. Fransanın nəqliyyat naziri Filipp Tabaro "X" sosial media platformasından etdiyi açıqlamada qəzadan sonra hadisə yerinə gedəcəyini bəyan edib. 

Rəsmilər qəza səbəbindən Pa-de-Kale vilayətinin daxil olduğu O-de-Frans bölgəsində dəmir yolu nəqliyyatında fasilələr yaşanacağını bildiriblər. Fasilələrin qatar xəttində qəza ilə bağlı yaranan elektrik kəsintisindən qaynaqlandığı barədə məlumat paylaşan rəsmilər, reyslərin xüsusilə Betün-Lil, Lil-Lans və Lil-Duay xəttində kəsintiyə uğrayacağını duyurublar. Rəsmilər dəmir yolu nəqliyyatının bərpası üçün texniki qrupların işlərini davam etdirdiyini bildiriblər.

Seçilən
0
cebheinfo.az

1Mənbələr