AZ

İsrailə hücumlar:133 nəfər xəstəxanaya yerləşdirildi

İsrail Səhiyyə Nazirliyi son 24 saat ərzində İran və Hizbullahın hücumları nəticəsində 133 nəfərin xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı xarici KİV yayıb.

Nazirliyin açıqlamasına görə, xəstəxanaya yerləşdirilənlərdən beşinin vəziyyəti orta, 127-sinin vəziyyəti yüngül, bir nəfərin isə vəziyyəti ağırdır.

Qeyd olunub ki, münaqişənin başlanğıcından 7 aprel 2026-cı ilədək ümumilikdə 7183 yaralı xəstəxanaya yerləşdirilib, onlardan 118-i hazırda müalicə alır.

“Əl-Cəzirə”nin məlumatına görə, İsraildə münaqişə nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.

Aminə ŞAHSUVARQIZI

Seçilən
40
redaktor.az

1Mənbələr