AZ

İstanbulda İsrail Konsulluğunun yaxınlığında atəş səsləri eşidilib, polis əməkdaşı yaralanıb

İstanbulda İsrail Konsulluğunun yaxınlığında atəş səsləri eşidilir.

NTV-nin xəbərinə görə, bir polis əməkdaşı yaralanıb.

Leventdə yerləşən İsrail konsulluğunun yaxınlığında atəş səslərinin eşidildiyi qeyd olunur.

Hadisə yerinə çoxsaylı polis əməkdaşları və təcili tibbi yardım briqadaları göndərilib.

Bir nəfərin yaralı saxlanıldığı qeyd olunub.

Konsulluğun təxminən bir ildir bağlı olduğu deyilir.
Seçilən
7
17
7news.az

10Mənbələr