AZ

Bakıda mənzillərin satış və kirayə qiymətləri: Vəziyyət necədir?

Bu ilin yanvar-mart aylarında Bakıda mənzil bazarında mərhələli və sabit artım trendi formalaşıb.

Bu barədə İqtisadiyyat.az-a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən (AQC) məlumat verilib.

Məlumata görə, birinci rübdə yeni tikililərdə qiymətlər orta hesabla 3,6%, köhnə tikililərdə təxminən 2,4%, inşası davam edən layihələrdə isə (kotlovan) 4% civarında artıb.

Bu dinamika göstərir ki, bazarın əsas hərəkətverici seqmenti yenə də yeni tikililər və ilkin satış mərhələsində olan layihələrdir. İnvestor marağı, tikinti xərclərinin artması və yeni layihələrin məhdudluğu bu seqmentlərdə qiymət artımını daha sürətli edir.

Rayonlar üzrə isə, Səbail, Yasamal və Nəsimi rayonları ən yüksək artım tempinə malik mərkəzi bazar zonaları olub. Nərimanov və Xətai, Nizami, Binəqədi sabit və yüksək likvidliyə malik orta seqment bazarı hesab olunur. Suraxanı, Sabunçu, Qaradağ, Pirallahı və qismən Xəzər rayonları inkişaf edən, lakin qiymət artım tempinin daha aşağı olduğu periferik bazarlar kimi qeydə alınıb.

Seçilən
6
9
hit.az

10Mənbələr