AZ

Bakıda beynəlxalq padel turniri keçiriləcək FOTO

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

9-12 aprel tarixlərində Bakı Tennis Akademiyasında “FIP Bronze Baku” beynəlxalq padel turniri təşkil olunacaq.

İdman.Biz-in əldə etdiyi məlumata görə, yarışda kişilər arasında 82, qadınlar arasında isə 34 idmançı mübarizə aparacaq.

Azərbaycanı kişilərin yarışında Rəsul Qocayev, Ömər Qəmərli, Kamran İsmayılov, Tamerlan Əzizov, Yusif Rzayev, İlyas Həsənli, Orxan Manaflı, Arda Həsənli, Əsəd Əsədzadə, Arif Quliyev, Samir Hacıyev, Fərid Dadaşov, Cavid Abdullayev, Cəfər Hüseynov, Amil Vəliyev, Kamal Hüseynov, Murad Mikayılzadə, Ənvər Ənvərli və Cavidan Axundov təmsil edəcəklər.

Qadınların yarışında isə Rəhilə Kərimli, İnara Mütəllibova və Emiliya Camalov qüvvəsini sınayacaq.

Turnirdə Azərbaycanla yanaşı, İngiltərə, İspaniya, Portuqaliya, Niderland, Qazaxıstan, Argentina, İran, Ukrayna, İordaniya, Rusiya, Türkiyə, Kipr, Slovakiya, Gürcüstan, Macarıstan, Tunis, BƏƏ, Almaniya, Latviya, İtaliya, Moldova və Bolqarıstandan olan idmançılar iştirak edəcəklər.

İslam Atakişiyev

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
icma.az

1Mənbələr