AZ

Tıxaca çarə axtarırdılar, qızıl mədəni tapdılar FOTO

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Çexiyada D35 avtomobil yolunun tikintisi obrazlı desək, dalana dirənib. 

Avtosfer.az xarici mediaya istinadla xəbər verir ki, yolun çəkilişi zamanı təxminən 2000 il əvvəl, keltlərin dövrünə aid şəhər aşkar edilib. Tədqiqat zamanı arxeoloqlar buradan 22 mindən çox qızıl və gümüş sikkə, bəzək əşyaları, müxtəlif qab-qacaq tapıblar.

Bohemiya Muzeyinin apardığı qazıntılar zamanı, həmçinin burada qızıl mədəni, emalatxanalar, istehsal vasitələri də aşkar edilib. Qısa vaxtda qazıntının ərazisi 25 hektaradək genişləndirilib.

Maraqlıdır ki, bu ərazidən Dəmir dövründə də yol keçib. İndi isə yeni yolun çəkilişi dayanıb. Hökumət bu yolla tıxaclara çarə tapmaq istəyirdi. Lakin, yoldan daha vacib olan tarixi yaşayış yeri tapıldı.

Vüqar

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
avtosfer.az

1Mənbələr