AZ

Orban seçkilərdən əvvəl dəstək müqabilində ABŞ-dan yüz minlərlə ton neft alacaq

Macarıstan bu gün ABŞ vitse-prezidenti Jey Di Vensin Budapeştə səfəri zamanı Amerika neftinin alınması ilə bağlı müqavilə imzalayacaq. Bu, ölkənin parlament seçkilərindən bir neçə gün əvvəl baş verəcək.

Herbiand.az bildirir ki, bu barədə Bloomberg agentliyi xəbər verib.

Məlumata görə, Macarıstanın MOL şirkəti təxminən 500 milyon dollara 500 min ton neft almağa razı olacaq. Sazişin ABŞ vitse-prezidenti və Baş nazir Viktor Orban arasında keçiriləcək mətbuat konfransında açıqlanması planlaşdırılır.

Jurnalistlər hesab edirlər ki, bununla Orban Tramp administrasiyası ilə əlaqələri bərpa etməyə cəhd edir. Tramp dəfələrlə Macarıstanın baş nazirini dəstəklədiyini ifadə edib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
22
herbiand.az

1Mənbələr