O, paylaşımında bildirib: “Bu gecə böyük bir sivilizasiya yox ola bilər və bir daha geri qayıtmaya bilər. Mən bunun baş verməsini istəmirəm, amma böyük ehtimalla baş verəcək. Tam və köklü rejim dəyişikliyi ilə daha ağıllı və daha az radikallaşmış qüvvələrin hakim olduğu yeni bir mühitdə bəlkə də inqilabi dərəcədə müsbət dəyişikliklər baş verə bilər. Kim bilir? Bunu bu gecə, dünyanın uzun və mürəkkəb tarixinin ən mühüm anlarından birində öyrənəcəyik. 47 illik zorakılıq, korrupsiya və ölüm nəhayət sona çata bilər. Tanrı İran xalqını qorusun”.
Qeyd edək ki, Trampın bu açıqlaması İran ətrafında artan gərginlik və mümkün hərbi eskalasiya ilə bağlı narahatlıqların daha da gücləndiyi bir vaxta təsadüf edir.