AZ

SON DƏQİQƏ: İstanbuldakı terrorçuların kimliyi müəyyənləşdi

Sherg.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İstanbulun Beşiktaş rayonunda, İsrail Konsulluğu yaxınlığında silahlı qarşıdurma baş verib.

Sherg.az xəbər verir ki, hadisədə 3 terrorçu zərərsizləşdirilib: 1-i ölü, 2-si yaralıdır. Hücumçuların İzmitdən kirayə avtomobillə İstanbula gəldiyi müəyyən edilib.

Ölü terrorçu Yunus E. S., dini istismar edən terror təşkilatı ilə əlaqəli olub. Yaralılar Onur Ç. və Enes Ç. qardaşdır, Onur Ç.-nin əvvəllər narkotiklə bağlı qeydiyyatı var. Qarşıdurmada 2 polis yüngül yaralanıb, həyatları üçün təhlükə yoxdur.

İstanbul Valisi Davut Gül açıqlayıb ki, konsuluqda 2,5 ildir fəaliyyət yoxdur və hücum polis tərəfindən zərərsizləşdirilib. Polis tədbirləri sayəsində hadisə minimum itki ilə dayandırılıb.

Hadisə yerinə çoxsaylı polis cəlb olunub, təhlükəsizlik gücləndirilib və istintaq davam edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
sherg.az

1Mənbələr