ain.az, Demokrat.az saytına istinadən bildirir.
Hüseyn Həsənovun adı əmlak qalmaqalında hallanır.Demokrat.az xəbər verir ki, əmlakçı Vadim Dö adlı şəxs məhkəmədə çıxış edərək bloqerin onu təhdid etdiyini bildirib. Məsələ 60 milyon rubl dəyərində olan mənzillərin qanunsuz yolla rəsmiləşdirilməsi cəhdi ilə bağlıdır.Maklerin sözlərinə görə bloqer əmlakı öz adına keçirmək üçün ondan kömək istəyib. Alqı-satqı zamanı ödəniş bank seyfi vasitəsilə həyata keçirilməli olsa da pulların yerinə ora peçenye paketləri qoyulub.Hadisə ictimailəşdikdən sonra əmlakçı müqaviləni ləğv etmək istədiyini bildirib. Bu addımdan sonra isə onun təhdidlərlə üzləşdiyi iddia olunur. Vadim De deyib ki, bloqer hətta ona “yerimizi dəyişə bilərik” kimi ifadələr işlədib.Xatırladaq ki prokurorluq artıq bloqerə qarşı cinayət işi üzrə ittiham aktını təsdiqləyib. O, cinayət yolu ilə əldə edilmiş pulların yuyulmasında günahlandırılır. Hazırda barəsində qiyabi həbs qərarı çıxarılan və axtarışa verilən Həsənovu yeddi ilə qədər həbs təhlükəsi gözləyir. Bloqer özü isə ünvanına səslənən ittihamları rədd edir.Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.